21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Bandotdel" saxta sənədlərlə maliyyə əməliyyatlar aparan dəstə üzvlərini qandalladı - Foto
Tarix: 19-02-2020 16:10 | Bölmə: Cəmiyyət
"Bandotdel"  saxta sənədlərlə maliyyə əməliyyatlar aparan dəstə üzvlərini qandalladı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan dəstə üzvlərini ifşa edib.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa ediliblər.

Belə ki, Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. 

Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb. 

Tədbirin davamı olaraq E.Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. 

Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

"Bandotdel"  saxta sənədlərlə maliyyə əməliyyatlar aparan dəstə üzvlərini qandalladı

"Bandotdel"  saxta sənədlərlə maliyyə əməliyyatlar aparan dəstə üzvlərini qandalladı




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər