10:09 / 22-10-2025
Helium ehtiyatına altı ölkə nəzarət edir - Siyahı
10:01 / 22-10-2025
Dağıstan PUA hücumuna məruz qalıb - Foto
09:44 / 22-10-2025
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
09:32 / 22-10-2025
Venesuela ABŞ-la münaqişədə Kolumbiyaya dəstək verəcək
08:53 / 22-10-2025
Beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır
08:28 / 22-10-2025
Vens: Türkiyə Qəzzada atəşkəsdə konstruktiv rol oynayır
08:18 / 22-10-2025
Litva Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb
08:14 / 22-10-2025
Sikorskinin Putini hədələməsi ağılsızlıqdır
08:09 / 22-10-2025
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
07:58 / 22-10-2025
Ərdoğan Qətərə səfər edib
07:43 / 22-10-2025
Çin eyni anda 15 947 dron qaldırıb - Video
07:34 / 22-10-2025
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

Dərsliklər 100 ballıq şkala üzrə qiymətləndiriləcək - Qərar
Tarix: 27-02-2020 00:04 | Bölmə: Cəmiyyət

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiq edib.
Reyting.az-ın məlumatına görə, tədris-metodik vasitə tədris məqsədləri üçün istifadə olunan kağız və ya elektron daşıyıcılarda olan resurs və ya resurs dəsti, açıq tədris-metodik vasitə ödənişsiz və məhdudiyyətsiz istifadəyə icazə verilən tədris-metodik vasitədir.
Qaydaya əsasən, ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər. Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:
- materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
- pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu;
- dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;
- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.
Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir. Açıq tədris-metodik vasitələrdən əlavə olaraq dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün başqa dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müstəsna və ya qeyri-müstəsna hüquqlarının alınması yolu ilə törəmə (tərcümə, dəyişdirmə) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi Nazirlik tərəfindən sifariş edilir.
Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir. Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir. Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada Nazirliyə təqdim etməlidir. Dərsliyə qrif almaq üçün müraciət Nazirliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər. Dərsliyə qrif verilməsi üçün müraciətə 2 ay ərzində baxılır.
Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
- dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal);
- dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı,dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu (40 bal);
- dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu (20 bal);
- dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi (10 bal).
Qrif verilməsi üçün dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat ərizəçinin şəxsi kabinetinə göndərilir. Dərsliyə qrif verilməsindən imtinadan ərizəçi yazılı formada (o cümlədən, elektron formada şəxsi kabineti vasitəsilə) 1 ay ərzində Nazirliyə şikayət verə bilər. Şikayət həmin dərsliyin qiymətləndirilməsində iştirak etmiş şəxslərdən ibarət tərkibdə yaradılan komissiyada ərizəçinin iştirakı ilə baxılaraq cavablandırılır. Dərsliyə qrifin verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir. Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən sonrakı 5 tədris ili ərzində istifadəyə yararlı hesab olunur. Qrifin verilməsi barədə əmrdə dərsliyin adı, əsaslandığı təhsil proqramı (kurikulumu) və fənni (inkişaf sahəsi), əhatə etdiyi təhsil müddəti, müəllifləri və müstəsna müəlliflik hüququnun (©) sahibi (sahibləri), kağız və ya elektron daşıyıcıda olması və qrif göstərilir. Qrif verilməsindən imtina edilmiş dərslik təkmilləşdirildikdən sonra növbəti təqvim ilində yenidən qrif verilməsi üçün Nazirliyə təqdim edilə bilər. Nazirlik qrif verilmiş və qrifi ləğv edilmiş dərsliklərin reyestrini aparır və onlar barədə məlumatı rəsmi saytında dərc edir.
Aşağıdakı hallarda Nazirlik dərsliyin qrifini vaxtından əvvəl ləğv edir:
- dərsliyin əsaslandığı təhsil proqramı (kurikulumu) qüvvədən düşdükdə;
- dərsliyin təkmilləşdirilmiş nəşrinə qrif verildikdə;
- dərslikdə başqa əsərlərdən qeyri-qanuni istifadə (plagiat) faktı öz təsdiqini tapdıqda.
Qrif verilmiş dərsliklərdən mülkiyyət formasından asılı olmayaraq, eyni təhsil proqramını (kurikulumu) həyata keçirən bütün ümumi təhsil müəssisələrində növbəti dərs ilindən istifadə edilə bilər. Ümumi təhsil müəssisəsində istifadə edilməsi üçün dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi barədə qərar ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanı, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində isə pedaqoji şura tərəfindən qəbul edilir. Özəl ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına, Nazirlik tərəfindən “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq təşkil edilən satınalma yolu ilə həyata keçirilir. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün rəqəmsal dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri internet şəbəkəsi üzərindən həyata keçirilir. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim edilir. Təhsil müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanılmasına 6 ay qalmış TMİS-də bu məqsədlə açılmış xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq edirlər. Daxil edilən məlumatlar yerli təhsili idarəetmə orqanları tərəfindən 1 ay müddətində dəqiqləşdirilərək, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşır.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı istifadəyə yararlılıq müddətləri nəzərə alınmaqla həyata keçirilir:
- məktəbəhazırlığın və 1-ci sinfin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – bir tədris ili;
- 10-11-ci siniflərin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili;
- digər təhsilalanlar üçün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışından sonrakı dörd
tədris ili;
- təhsilverənlər üçün kağız dərs vəsaitləri və digər tədrismetodik vasitələr – ilk buraxılışından sonrakı beş tədris ili.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı tiraj həcmlərində təşkil edilir:
- istifadəyə yararlılıq müddəti bir tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr hər il istifadəçilərin proqnoz sayının 105 faizi həcmində;
- istifadəyə yararlılıq müddəti dörd və ya beş tədris ili təyin edilmiş dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr istifadə müddətinin ilk ilində istifadəçilərin proqnoz sayının 105 faizi həcmində, istifadə müddətinin qalan dövründə istifadəçilərin proqnoz sayının 45 faizi həcmində birdəfəlik, yaxud illərə bölünməklə.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr tədris ilinin başlanılmasına 2 ay qalmış nəşr edilir və tədris ilinin başlanılmasına 1 ay qalmış dövlət və bələdiyyə ümumi təhsil müəssisələrinin yerləşdiyi ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına çatdırılır. Yerli təhsili idarəetmə orqanları ərazisində yerləşən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrini onların təqdim etdiyi proqnoz tələbat əsasında tədris ilinin başlanılmasına 15 gün qalmış Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri hər bir istifadəçini tədris ili başlananadək kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri kağız dərslikləri, dərs vəsaitlərini və digər tədris-metodik vasitələri kitabxana fonduna daxil edirlər.Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində qrifi qüvvədən düşmüş kağız dərsliklər və ya bu Qayda ilə müəyyən edilən istifadəyə yararlılıq müddəti bitmiş kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr köhnəlmiş hesab olunur və kitabxana fondundan qanunvericilikdə nəzərdə tutulmuş qaydada çıxarılırlar.(APA)
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:44
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
Bu gün, 07:34
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
Dünən, 23:28
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
Dünən, 17:48
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
Dünən, 17:11
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
Dünən, 16:23
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
Dünən, 12:48
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 11:20
Yavər Camalovun ailəsinə ağır itki üz verib
Dünən, 10:24
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
20-10-2025, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
20-10-2025, 16:56
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
20-10-2025, 14:42
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
20-10-2025, 12:37
Sabahın hava proqnozu açıqlanıb
20-10-2025, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
20-10-2025, 11:21
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
20-10-2025, 10:46
Su anbarında meyit tapılıb
20-10-2025, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
20-10-2025, 09:20
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib