21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Təhsil nazirinin müşaviri: "Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir"
Tarix: 02-03-2020 18:05 | Bölmə: Cəmiyyət
Təhsil nazirinin müşaviri: "Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir"

“Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, pedaqoji kollektivə də aiddir”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.

Nazirin müşaviri əlavə edib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq: “Əksər təhsil oclaqlarında artıq prosesin bitməsi nəzərdə tutulub. Martın 10-dan təhsil müəssisələrində tədrisin davam etdirilməsi nəzərdə tutulur. Həmin gün bütün təhsil müəssisələri üzrə mövcud vəziyyət barədə əlavə məlumat veriləcək. Zərurət olduğu təqdirdə bəzi təhsil müəssisələrində həmin işlər davam etdiriləcək”.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər