I sinfə elektron sənəd qəbulu başlayır
Tarix: 09-03-2020 22:29 | Bölmə: Cəmiyyət
I sinfə elektron sənəd qəbulu başlayır

2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

C. Valehov qeyd edib ki, martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dan etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}