13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
09:08 / 21-03-2025
Ağsuda zəlzələ olub
Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib
Tarix: 15-03-2020 12:54 | Bölmə: Cəmiyyət
Mübariz Mənsimov Türkiyədə saxlanıldı

Türkiyədə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

M. Mənsimovun barəsində Baş Prokurorluqda açılan FETÖ araşdırması çərçivəsində həbs qərarı verildiyi bildirilir.

Qeyd olunur ki, İstanbul Maliyyə cinayətləri ilə Mübarizə İdarəsi iş adamının ofislərində axtarışa başlayıb.

Mübariz Mənsimovun köməkçisi Fidan Quliyeva hazırda iş adamının İstanbuldakı ofisində axtarış aparıldığını təsdiqləyib.

***

"Palmali" Şirkətlər Qrupunun Bakı ofisi Mübariz Mənsimovun saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.

Qeyd edilib ki, hazırda bu işlə bağlı araşdırma aparılır: "Hər şey tam aydın olandan sonra İstanbul ofisi ətraflı bilgi verəcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 09:45 Rayonlara qar yağıb