Rusiya Həkimlər Birliyinin sədri həbs edildi – Koronavirusa görə
Tarix: 03-04-2020 11:41 | Bölmə: Cəmiyyət
Rusiya Həkimlər Birliyinin sədri həbs edildi – Koronavirusa görə

Rusiya Həkimlər Birliyinin rəhbəri Anastasiya Vasilyeva koronavirusla əlaqəli yalan xəbərlər yaydığı üçün həbs edilib.

Reyting.az
xəbər verir ki, Anastasiya Vasilyeva martın 20-də sosial şəbəkədə görüntülü paylaşım edərək koronavirusla bağlı ölkədə reallıqların gizlədildiyini və koronavirusa yoluxma hallarının vərəm xəstəliyi kimi qeydə alındığını bildirib.

A. Vasilyeva həmçinin həkimlərə qoruyucu uniformalar verilmədiyini və rəsmilərin “koronavirus” sözünü istifadə etməkdən qaçdığını bəyan edib.

Məlumata görə, Rusiya Həkimlər Birliyinin rəhbəri gecə saatlarında həbs edilib.

Rusiya Həkimlər Birliyi tvitter üzərindən açıqlama yayaraq bəyan edib ki, Vasilyeva və bəzi şəxslər Novqorod bölgəsində həbs ediliblər.

Açıqlamada Vasilyeva və qurumun bəzi üzvlərinin Novqorod prokurorluğuna çağırıldığı da qeyd edilib. Bildirilib ki, onlardan izahat alınıb və hazırda həbsdədirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}