13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Keçmiş naziri məhkəməyə veriblər - Foto
Tarix: 03-04-2020 12:59 | Bölmə: Cəmiyyət
Keçmiş naziri məhkəməyə veriblər

Lombard fəaliyyəti ilə məşğul olan “Məlahət” MMC keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovu və bir neçə dövlət qurumunu qeyri-yaşayış sahəsi ilə bağlı məhkəməyə verib.

Reyting.az
“Yeni Sabah”a istinadla xəbər verir ki, Ələkbərov Füzulu Həsən oğlu, “İmproteks Treydinq” MMC, Bakı Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh kimi tanındığı məhkəmə prosesi Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, keçmiş nazirlə Məlahət Qurbanova arasında artıq 1 ildən artıqdır ki, məhkəmə çəkişməsi davam edir. Belə ki, ötən il keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri F. Ələkbərov qaldırdığı iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edib.

İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsi tanınıb.

Keçmiş naziri məhkəməyə veriblər
M. Qurbanova

Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarət olub. İş Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.

İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.

Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb.

Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, həm də "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvüdür.

Deputat vəsiqəsini girov qoyub borc götürən deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər