ÜST: “Dünyada koronavirusa yoluxanların sayında azalma var”
Tarix: 15-04-2020 17:14 | Bölmə: Cəmiyyət
ÜST: “Dünyada koronavirusa yoluxanların sayında azalma var”

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayında ilk dəfə azalma müşahidə olunub.

Buta.ws xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında bildirilib.

Məlumata görə, koronavirusa yoluxanlar 76 498, ölənlərin sayı 5702 nəfər olub. Hər iki göstərici ötən gün qeydə alınandan azdır.

Qeyd edilib ki, ümumilikdə yeni virusa 1773084 nəfər yoluxub, 111652 nəfər isə ölüb.

Avropada yoluxan və ölənlərin sayı müvafiq olaraq 913349 və 77419 nəfər olub.

Avropa ölkələrində gün ərzində yoluxanların sayı 33243 nəfərə, ölənlərin sayı isə 3118 nəfərə çatıb.

Amerikada cəmi 610742 nəfər koronavirusa yoluxub, 23759 ölüm hadisəsi qeydə alınıb. Bu materik son sutkada yoluxanların sayına görə (36804), Avropanı qabaqlayıb.

Dünyada koronavirusa yoluxma sayına görə sonrakı yerləri Çin, Koreya, və Yaponiyanın da daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur.

Aprelin 13-nə olan məlumata görə, bu məkanda 121426 nəfər virusa yoluxub, 4125 ölüm hadisəsi aşkarlanıb.

ÜST-ün son statistikasında yoluxmanın daha çox müşahidə edildiyi ölkələr bunlardır: ABŞ (524514), İspaniya (166 019), İtaliya (156 363), Almaniya (123 016), Fransa (94 382), Birləşmiş Krallıq (84 283), Çin (83 597), İran (71 686), Türkiyə (56 956) və Belçika (29 647).

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq