Ölümcül virusa yoluxmanın ilkin əlamətləri açıqlanıb
Tarix: 15-04-2020 17:23 | Bölmə: Cəmiyyət
Ölümcül virusa yoluxmanın ilkin əlamətləri açıqlanıb

Oksford Universitetinin alimləri bildirirlər ki, bir insanın artıq koronavirus keçirdiyinə dair beş “yüngül” əlamətləri var. Bu xəstəlik asimptomatik ola və ya soyuqdəymə kimi hiss edilə bilər.

Reyting.az
Buta.ws-ə istinadla koronavirusun əlamətlərini təqdim edir:

Qarın ağrısı pnevmoniya başlanmasının əlaməti ola bilər. Koronavirus zamanı bir çoxu da qoxu hissini itirir, çünki virusun məhv etdiyi hüceyrələrdən biri də burunda olan qoxu hüceyrəsidir.

Qeyd etmək lazımdır ki, bu simptomu olan insanlar xəstəliyi barədə heç nə bilmədikləri halda koronavirusun daşıyıcılarıdır. Vuhanda, yoluxmuş insanların yarısının ishal olduğu təsbit edilib.

Bundan əlavə, bir çoxu konyuktivitdən əziyyət çəkirdi, yəni gözlərinə ya qan damırdı, ya da bu bölgədə yanma hissi var idi, ya da irin yığılması olurdu. Daimi yorğunluq hissi yaranarsa, bu da sətəlcəmin əlamətlərindən biri ola bilər.

Lakin həddindən artıq gərginlikdə olan vəziyyətdə bu, koronavirusun əlaməti ola bilməz. Dr. Komarovski də koronavirusa yoluxub və bu barədə insanların bilməməyini ehtimal edir. Bu pandemiyaya yoluxub yoluxmamağı öyrənmək üçün yalnız müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisələrində test etmələrini tövsiyyə edir. Ona görə də, özündə xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər. Bunun üçün 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etmək lazımdır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq