13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Çində koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişib
Tarix: 22-04-2020 12:52 | Bölmə: Cəmiyyət
Çində koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişib

Çinin Uhan şəhərində yeni növ koronavirusdan (COVİD-19) sağalan kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rəngi dəyişib.

CNN TÜRK-ün verdiyi xəbərə görə, həkimlər iki ay müddətində koronavirusdan müalicə olunublar.

Yerli mütəxəssislər həkimlərin dərisinin rənginin dəyişməsinə səbəb kimi virusun qaraciyəri zədələməsini göstəriblər.

Xuaçjun Elm və Texnologiya Universitetinin əməkdaşı Song Jianxin bildirib ki, müalicə prosesində həkimlərin daxili orqanları zədələnib.

Onun sözlərinə görə, qaraciyərlərdə toplanmalı olan dəmir, orqanlar düzgün çalışmadığından qan damarlarına dolub və buna görə də onların dərisinin rəngi dəyişib.

Qeyd olunub ki, müəyyən müddət keçdikdən sonra həkimlərin dərisinin rəngi əvvəlki vəziyyətinə qayıdacaq.

ABŞ-ın Yel Universitetinin kardioloqu Harlan Krumholz isə vurğulayıb ki, COVİD-19 ancaq tənəffüs yolu xəstəliyi deyil, koronavirus ürək, qaraciyər, böyrəklər və beyinə də təsir edə bilər/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər