13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Yüksək gərginlikli elektrik xəttinin altındakı tikinti dayandırıldı - Foto
Tarix: 22-04-2020 13:31 | Bölmə: Cəmiyyət
Yüksək gərginlikli elektrik xəttinin altındakı tikinti dayandırıldı

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də “Youtube” kanalında rayon ərazisində vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlunun “Suraxanı RİH Qarabağ qazisinin tikdiyi hasarı sökdü” haqqında təqdim etdiyi videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən AzNews.az-a bildirilib ki, vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində, Heydər Əliyev prospektində yerləşən dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsi zəbt olunmuş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılmışdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış, həmçinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaş H. Abbasova tövsiyə edilib.

Eyni zamanda RİH-dən bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində iki otaqlı mənzillə təmin olunub.

Yüksək gərginlikli elektrik xəttinin altındakı tikinti dayandırıldı




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər