13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
Tarix: 30-04-2020 12:28 | Bölmə: Cəmiyyət
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb

Bakı sakinini bıçaqla hədələyib 10 min dollar pulunu alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az- verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər