09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Tovuzda maşın aşıb: 4-cü kurs tələbəsi ölüb
Tarix: 30-04-2020 15:19 | Bölmə: Cəmiyyət
Tovuzda maşın aşıb: 4-cü kurs  tələbəsi ölüb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub.

O, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq