13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Nikah və doğumun qeydiyyatı ilə bağlı vətəndaşlara güzəşt ediləcək
Tarix: 30-04-2020 18:48 | Bölmə: Cəmiyyət
Nikah və doğumun qeydiyyatı ilə bağlı vətəndaşlara güzəşt ediləcək

“Elə şəxslər var ki, onların nikahının qeydə alınması ilə bağlı təyin olunmuş vaxt karantin dövrünə təsadüf edib. Onlar öz nikahlarının qeydiyyatı üçün təyin olunan gün müraciət edə bilməyiblər. Həmin vətəndaşların nikahlarının qeydiyyatı zamanı onlara müvafiq köməklik göstəriləcək”.

Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova bildirib.

O deyib ki, doğumun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericilikdə 1 aylıq müddət müəyyən olunub: “Bir ay müddət keçdikdən sonra üzrlü səbəb olmadan qeydiyyat üçün müraciət olunursa, bu zaman İnzibati Xətalar Məcəlləsinə görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Onlar ya xəbərdarlıq, ya da 10 manat məbləğində cərimələnirlər. Amma xüsusi karantin rejimi dövrü ərzində doğumun qeydiyyatı üçün şöbələrə müraciət edən vətəndaşlara bu məsələ ilə bağlı güzəşt ediləcək. Eyni zamanda qeyd edim ki, vətəndaş bir ay müddətinə müraciət etmədikdə o zaman uşağın doğumu ilə bağlı sağlamlıq arayışı təqdim olunmalıdır. Xüsusi karantin rejimi dövründə həmin sağlamlıq arayışlarının da tələb olunmasında vətəndaşlara öz köməkliyimizi göstərəcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər