09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Mərkəzi Bankın qərarı etiraza səbəb olub - Bank əməkdaşları aksiya keçirib - Video
Tarix: 30-04-2020 23:32 | Bölmə: Cəmiyyət
Mərkəzi Bankın qərarı etiraza səbəb olub - Bank əməkdaşları aksiya keçirib

Aprelin 30-da lisenziyası ləğv edilmiş "Amrahbank"-ın yüzdən çox əməkdaşı bankın əsas filialında etiraz aksiyası keçirib.

Etirazçılar bankın müflis olmadığını və lisenziyasının qanunsuz ləğv edildiyini bildiriblər.

Bankın hüquqşünası Mehdi Mehdiyev bu qanunsuzluqda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu da ittiham edib.

Etirazçılar deyiblər ki, "Amrahbank"ın fəaliyyəti normal olub və onun lisenziyasının ləğvinə əsas yox idi. "Bankımız normal fəaliyyət göstərirdi. Birdən-birə bir gün içində qanunsuz yolla bankımızı bağladılar. 700 nəfərdən çox əməkdaş işsiz qaldı. Biz tələb edirik ki, işimiz bərpa edilsin”,- bank əməkdaşları deyiblər.

Reyting.az "Azad Söz"ə istinadla etiraz aksiyasından video-görüntünü təqdim edir:





Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq