Mingəçevirdə ağır qəza: 13 nəfər xəsarət aldı - 10-u uşaqdır
Tarix: 24-05-2020 18:12 | Bölmə: Cəmiyyət
Mingəçevirdə ağır qəza: 13 nəfər xəsarət aldı - 10-u uşaqdır

Bu gün Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görəi, minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb.

Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar:

“Şəhər xəstəxanasında bütün imkanlar xəsarət alanların müayinə və müvafiq müalicəsi üçün səfərbər olunub, bütün tibb personalı təcili surətdə işə çağrılıblar”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}