12:37 / 27-10-2025
Rusiyada tələbə xanımlara hamiləlik müavinəti veriləcək
12:36 / 27-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:31 / 27-10-2025
Saleh Səmədovun rəis oğlu vəzifədən azad edilib
12:30 / 27-10-2025
Ukrayna ordusu bir kəndi işğaldan azad edib
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
12:15 / 27-10-2025
Qarabağ sonasında daha 1644.6 hektar ərazi minalardan təmizlənib
12:02 / 27-10-2025
Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər məsuliyyətə cəlb olunub
11:55 / 27-10-2025
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istəyib
11:41 / 27-10-2025
Birinci Qarabağ müharibəsinin daha 16 itkin-şəhidi dəfn olunacaq - Siyahı
11:32 / 27-10-2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:29 / 27-10-2025
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib
10:50 / 27-10-2025
Allahşükür Paşazadə Papa ilə görüşəcək
10:37 / 27-10-2025
Harris prezidentlik iddiasından əl çəkməyib
10:31 / 27-10-2025
ABŞ ordusunun helikopteri və qırıcısı qəzaya uğrayıb
10:26 / 27-10-2025
Bir yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
10:13 / 27-10-2025
Opera müğənnisi: "Xalq artistləri kafe səviyyəsindədirlər"
09:53 / 27-10-2025
Gələn il pensiya kapitalı nə qədər artırılacaq? - Deputatın şərhi
09:45 / 27-10-2025
Ukraynadan ikinci mühacirət dalğası başlayacaq
09:37 / 27-10-2025
Ruslar yeni sanksiyalardan yayınmağa çalışır
09:06 / 27-10-2025
Böyük təhlükə xəbərdarlığı: süni superintellektin yaradılmasını dayandırın!
08:58 / 27-10-2025
İngilis kəşfiyyatı təhdidlərə uyğunlaşa bilmir
08:51 / 27-10-2025
ABŞ-da çinovniklərə ərzaq talonları verilməyəcək
08:46 / 27-10-2025
Tokio Moskva ilə anlaşmağa hazırdır
08:42 / 27-10-2025
Məşhur aktyor və musiqiçi dünyasını dəyişib
08:34 / 27-10-2025
İstanbul danışıqları daha iki gün davam edəcək
08:30 / 27-10-2025
“Tramp daha çox mafioza bənzəyir” - Professor
07:54 / 27-10-2025
Yeddi milyard dollarlıq layihənin icrasına başlayırlar
07:51 / 27-10-2025
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
İcra başçısı və yaxın qohumlarının sərvəti haqda yeni siyahı yayıldı - İH-dən iddialara sərt reaksiya
Tarix: 09-06-2020 17:39 | Bölmə: Cəmiyyət

Azərbaycanda korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparılır.
Rüşvətxor məmurlar, xalqın sərvətini talayan icra başçıları həbs olunaraq məsuliyyətə cəlb edilirlər.
Onların qanunsuz yola əldə etdikləri sərvətin miqyası insanı heyrətə salır. Amma hələ xeyli məmur var ki, onlar haqqında da mütləq ölçü götürülməlidir. Hazırda iş başında olan elə icra başçıları var ki, ölkədə aparılan dəyişikliklərdən ibarət dərsi götürmək yerinə korrupsiya əməllərindən əl çəkmirlər. Buna misal olaraq vəzifə başında ifşa olunaraq həbs edilən məmurları göstərmək olar. Tutulan həmin məmurların milyonluq biznes şəbəkəsi də üzə çıxmaqdadır.
Reyting.az bildirir ki, Demokat.az-ın redaksiyasına daha bir məmurun - Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsinin olması barədə məlumat daxil olub.
Əhəd Abıyevə və qardaşı Abıyev Səməd Mikayıl oğluna məxsus olan, yaxın qohumlarının adına özəlləşdirilmiş əmlakların siyahısını təqdim edirik:
1. Masallı şəhərində keçmiş "Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02. 2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilib.
2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər "Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.
3. Masallı şəhərində yerləşən Köhnə "Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.
4. İstisu zonasında yerləşən keçmiş "Mətləbbulağı” (indiki adı "İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
5. İstisu zonasında 10 ha ərazidə yerləşən "Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.
7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.
8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12. 2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.
9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
10. Masallı şəhərində 320 kvm-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03. 2002-ci il tarixdə sənədləşdirilib.
11. Masallı şəhərində 130 kvm-lik dükan yeri 10.10. 2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.
12. Masallı şəhəri "Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.
13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev "Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.
14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05. 2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının keçmiş həyat yoldaşı Zümrüd Yağmurun (Abıyeva) qardaşı, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən "İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.
15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.
16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12. 2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
17. Masallı şəhər "Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilmiş və daha sonra satılıb.
18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08. 2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.
19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.
20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.
22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.
24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.
25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.
26. Masallı şəhəri ərazisində yerləşən "Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.
27. Masallı şəhərində yerləşən köhnə "Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.
28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.
29. İstisu avtomobil yolu üzərində " Şır-şır " bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.
30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.
31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.
32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.
33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.
34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş "Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.
35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.
37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
Sözügedən əmlak siyahısı barədə fikirlərini öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mobil telefonuna zəng etsək də, zənglərimizə cavab verilməyib.
Qeyd edək ki, Əhəd Abıyev uzun illər Milli Məclisin Masallıdan deputatı olub. Onun qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
İcra Hakimiyyətindən isə yayılan bu məlumata çox sərt cavab verilib.
İHki, Demokrat.az saytında və həmin sayta istinadən bəzi saytlarda yayımlanmış “Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı – Şok siyahı” başlıqlı əsassız, uydurulmuş yazıya münasibət olaraq bildirib ki, bu qarayaxma kampaniyasının araşıdılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə tərəfimizdən müraciət edilib:
"Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.
Erməni əsilli məxluqlar müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə bilərəkdən məkrli niyətlə yazılan yalan və böhtan xarakterli məlumatlarla Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin dövlət xadimi, siyasi rəhbər kimi işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir.
Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan məlumat yayan saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün, təhqir və böhtan xarakterli məlumatlar yayanlar məsuliyyətə cəlb edilsin".
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 10:26
Bir yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb
25-10-2025, 13:09
Sabah yağış yağacaq - Proqnoz
25-10-2025, 11:01
Metroda dava salan 4 nəfər saxlanılıb
24-10-2025, 17:49
Veteranlara verilən 80 manat artırılmayacaq
24-10-2025, 16:54
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
24-10-2025, 15:58
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
24-10-2025, 14:28
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
24-10-2025, 14:17
“Quş qripi” Almaniyanı təhdid edir
24-10-2025, 12:51
Sabah hava necə olacaq? - Proqnoz
24-10-2025, 12:01
Azərbaycana 14 kq-dan çox narkotik keçirmək istəyiblər
24-10-2025, 10:25
Sumqayıt, Xırdalan və Masazır üzrə avtobuslara hərəkət zolağı yaradılıb
23-10-2025, 16:52
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
23-10-2025, 15:59
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
23-10-2025, 15:09
Bakının iki rayonundakı qəzalı binalar sökülür
23-10-2025, 12:41
Sabah hava necə olacaq? - Proqnoz
23-10-2025, 12:13
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
23-10-2025, 12:09
Şirvanda 87 min manatlıq dələduzluq: Günalp Abdullayev saxlanılıb
23-10-2025, 11:32
Şəmkirdə maskalı şəxs evə basqın edib - Foto
23-10-2025, 11:14
Quldurlar avtobus sərnişinlərini qarət ediblər
23-10-2025, 09:30
Bakıda avtomobildə partlayış olub, yaralı var
23-10-2025, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
22-10-2025, 17:49
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
22-10-2025, 17:42
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
22-10-2025, 17:19
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
22-10-2025, 15:49
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
22-10-2025, 14:50
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
22-10-2025, 12:41
Sabah bəzi ərazilərə yağış yağacaq
22-10-2025, 12:39
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
22-10-2025, 09:44
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
22-10-2025, 07:34
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
21-10-2025, 23:28
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
21-10-2025, 17:48
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
21-10-2025, 17:11
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
21-10-2025, 16:23
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
21-10-2025, 13:12
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
21-10-2025, 12:48
Sabah yağış yağacaq - Proqnoz
21-10-2025, 11:20
Yavər Camalovun ailəsinə ağır itki üz verib
21-10-2025, 10:24
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
20-10-2025, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
20-10-2025, 16:56
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
20-10-2025, 14:42
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
20-10-2025, 12:37
Sabahın hava proqnozu açıqlanıb
20-10-2025, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
20-10-2025, 11:21
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki