TƏBİB: "Bu həftə iş günü qısaldılmayacaq"
Tarix: 09-06-2020 19:11 | Bölmə: Cəmiyyət
TƏBİB: "Bu həftə iş günü qısaldılmayacaq"

“Bu dəfə sərt karantin rejimi tətbiq ediləcək ərazilər genişləndirilib. Salyan, Kürdəmir, Yevlax və İsmayıllı bu siyahıya əlavə edilib”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, infeksiyanın yayılması genişləndiyindən həmin yerlər narıncı zonaya daxil edilib: “Bu dəfə cümə günü adi iş rejimi olacaq. Şənbə günü isə iş günləri onsuz da qısa olur. Həmin gün 65 yaşdan yuxarı insanların zərurət yaranmadıqca, evdən çıxmamağı tövsiyə edirik”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər