Azərbaycanda daha 521 nəfərdə COVID-19 aşkarlandı - Foto
Tarix: 27-06-2020 18:03 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 521 nəfərdə COVID-19 aşkarlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5646, ötən müddət ərzində isə ümumilikdə 461861 test aparılıb.

Azərbaycanda daha 521 nəfərdə COVID-19 aşkarlandı

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}