Bakıda COVID-19 daşıyıcısı karantin zonasını tərk etdiyi üçün saxlanılıb - Fotolar
Tarix: 01-07-2020 22:27 | Bölmə: Cəmiyyət
Bakıda COVID-19 daşıyıcısı karantin zonasını tərk etdiyi üçün saxlanılıb

Paytaxtın Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

BŞBPİ-dən verilən məlumata görə, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1- ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir/APA.

Bakıda COVID-19 daşıyıcısı karantin zonasını tərk etdiyi üçün saxlanılıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}