FHN Böyük Şor gölündə təmizləmə işlərinə başlayıb - Video
Tarix: 09-07-2020 19:10 | Bölmə: Cəmiyyət
FHN Böyük Şor gölündə təmizləmə işlərinə başlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb.

Nazirliyin məlumatına görə, hazırda göldəki çirkab qatı təmizlənir.

Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.



Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}