Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
On yeddi mindən çox müəllimin maaşı artacaq
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Tarix: 23-12-2016 14:40 | Bölmə: Cəmiyyət
Bu gün Bakı
Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq
Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə şahidlər ifadə verib.
Nigar Əlizadə ifadəsində deyib ki, "Akey" MMC-də baş mühasib vəzifəsində çalışıb.
Onun sözlərinə görə, şirkətin "Carburq" şirkəti ilə müqaviləsi olub: "Şirkətə Ayaz Kərimov rəhbərlik edirdi və biz yalnız xidməti fəaliyyət göstərirdik. Aylıq 10 min dollar bizim hesabımıza "Carburq" şirkətindən pul göndərilirdi. Bizim şirkətdə MTN-ə aid avadanlıqlar vardı".
Nəriman Salmanov ifadəsində deyib ki, Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində çalışıb.
Onun sözlərinə görə, tenderlərin keçirilməsi ilə bağlı sorğular formal təşkil edilirdi və siyahılar əvvəlcədən hazırlanırdı: "Ayrılan vəsaitlər bəzi hallarda geri qaytarıldı. Mən bunu eşitmişəm ki, tenderlər formal keçirilirdi. Bu barədə rəhbərlik göstəriş verirdi. Rəqəmlər şişirdilirdi. Tenderlərə ayrılan vəsaitin 2,5 faizi bizə çatırdı. Bizə hər ay maaşdan əlavə vəsait ayrılırdı və bu məbləğ işçilər arasından da bölünürdü. Bu məbləğin 500 manatı mənə çatırdı".
Vəkillərin tələbi ilə N.Salmanovun ibtidai istintaqa verdiyi ifadə elan olunub.
İfadəyə əsasən, Beytulla Hüseynovun adından hər ay 1200 dollar pul baş mühasibə verilib: "2009-2015-ci ildə rəhbəri olduğum telefon qovşağında 13 milyon manat pul ayrılıb. Baş mühasib Anar Mustafayev tərəfindən Beytulla Hüseynov görülən işlərlə bağlı qiymətləri şişirdib, ancaq bu məbləğin sayını dəqiq deyə bilmərəm".
Məhkəmədə şahid qismində təqsirləndirilən Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev də ifadə verib.
Onun sözlərinə görə, V.Zeynalov onun adına şirkət təsis edib: "O vaxt Vidadi Zeynalov məsləhət verdi ki, mənim yaşayışımı yaxşılaşdırmaq üçün adıma bir şirkət təsis edək. Ona görə TLC şirkətini yaratdı. Buradan gələn gəlirlərin bir hissəsi mənə çatırdı. Amma mən o şirkətin fəaliyyəti ilə bağlı məlumatsızam".
Nəsimi Musayev deyib ki, "AzİnTelekom” MMC-də iqtisadçı vəzifəsində çalışıb. O qeyd edib ki, maaşından əlavə ayda 1000 manat maaş alırdı.
Müzəffər Rüstəmov deyib ki, "Azintelekom" MMC-də çalışıb. Onun sözlərinə görə, sabiq nazir Əli Abbasovun göstərişi ilə "Carburq" şirkəti ilə müqavilə imzalanıb.
Proses dekabrın 28-də davam etdiriləcək(APA).
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər














ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki