Azərbaycanın hansı bölgələrində daha çox koronavirusa yoluxanlar var? - Siyahı
Tarix: 30-07-2020 10:42 | Bölmə: Cəmiyyət
Azərbaycanın hansı bölgələrində daha çox koronavirusa yoluxanlar var?

Azərbaycanda ən çox koronavirusa yoluxanlar Bakı şəhərindədir.

koronavirus.info xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.5 faiz. 

Abşeronda yoluxma faizi 16. 5 faiz, Aranda 8.7 faiz, Gəncə-Qazaxda 6.9 faiz, Lənkəranda 4.6 faiz, Quba-Xaçmazda 2.0 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 0.9 faizdır.

Naxçıvanda yoluxma 0.0 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir.

Bakının rayonları üzrə ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.0 faiz, Xətaidə 12.3 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.3 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.4 faiz, Qaradağda 7.3 faiz, Xəzərdə 4.7 faiz, Səbaildə 4.4 faiz, Pirallahıda  0.3 faiz təşkil edib/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}