16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ekspert: "Sentyabrda müəyyən qaydalara əməl etməklə dərslər başlana bilər"
Tarix: 30-07-2020 12:12 | Bölmə: Cəmiyyət
Ekspert: "Sentyabrda müəyyən qaydalara əməl etməklə dərslər başlana bilər"

Sentyabr ayında müəyyən qaydalara əməl etməklə dərslər başlana bilər.

Reyting.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb:

“Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Şəkildə də adi bir imtahan prosesi əks olunub.

Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər. Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalarla dərsə başlamaq olar. Əgər onlayn, distant təhsil düşünən varsa, bu, çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər