Nazirlikdən yaşı 65-dən yuxarı olan müəllimlərin məktəbə buraxılmması haqda - Açıqlama
Tarix: 23-09-2020 11:17 | Bölmə: Cəmiyyət
Nazirlikdən yaşı 65-dən yuxarı olan müəllimlərin məktəbə buraxılmması haqda - Açıqlama

Yeni tədrsi ilindən başlayaraq, 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəzi iddialara görə, digər sahələrdə 65 yaşdan yuxarı insanlar çalışdığı halda, təhsil müəssisələrində bu cür halların qarşısı alınır.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  açıqlamasında məsələyə aydınlıq gətirib: “Pandemiyanın şərtlərinə uyğun olaraq  təhsil müəssisələrində çalışan müəllimlərin dərs saatları nisbətən cavan müəllimlərə verilib. Prosedur bu formada  həyata keçirilir”.

Cəsarət Valehov onu da bildirib ki, həmin müəllimlər əvvəlki qaydada əmək haqlarını alırlar: "Bununla bağlı narahatlığa əsas yoxdur”/Modern.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}