Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib
Tarix: 24-09-2020 17:36 | Bölmə: Cəmiyyət
Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişib

"Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtahanında dinləyib, anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə buraxılış imtahanında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulub: "Hələ ki biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır".

M. Abbaszadə qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var: "Vəziyyətin dəyərləndirilməsi üçün monitorinq imtahanlarının keçirilməsi vacibdir. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8-ci siniflərdə də monitorinq imtahanları keçirə bilmədik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər