16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Jurnalistlər komendant saatı müddətində yenə “icaze.e-gov.az” portalından icazə alacaq
Tarix: 28-09-2020 18:18 | Bölmə: Cəmiyyət
Jurnalistlər komendant saatı müddətində yenə “icaze.e-gov.az” portalından icazə alacaq

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə veriləcək.

Reyting.az
xəbər verir ki, bu, “Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin Siyahısı"nda əksini tapıb.

Bu sahədə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}