Türkiyə parlamentinin sədri Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib
Tarix: 20-10-2020 14:24 | Bölmə: Cəmiyyət
Türkiyə parlamentinin sədri Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncəyə səfəri zamanı erməni terroru zamanı həlak olan şəxslərin yaxınları ilə görşüb.

O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dünyasını dəyişən şəxslərin yaxınlarına başsağlığı verib.

"Allah sizlərin yardımçınız olsun. Azərbaycan düşmən tapdağı altında olan torpaqları işğaldan azad edəcək. Zəfər yaxındadır. Bir millət iki dövlətik", - M.Şentop deyib.

Qeyd edək ki, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfərə gəlib.

TBMM sədri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər