16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistan tərəfindən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlanıb
Tarix: 21-10-2020 12:18 | Bölmə: Cəmiyyət
Ermənistan tərəfindən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a verilən məlumatına görə, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}