Yeni istehsal edilən PUA-lara “İti qovan” adı verilib - Fotolar
Tarix: 22-10-2020 10:30 | Bölmə: Cəmiyyət
Yeni istehsal edilən PUA-lara “İti qovan” adı verilib

Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir.

Reyting.az
Müdafiə Sənayesi Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalına başlayıblar.

Ali Baş Komandan cənab İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}