Qusar və Qubada yaşadıqları evi özbaşına tərk edən COVİD-19 xəstələri saxlanılıb
Tarix: 19-11-2020 13:09 | Bölmə: Cəmiyyət
Qusar və Qubada yaşadıqları evi özbaşına tərk edən COVİD-19 xəstələri saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVİD-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, noyabrın 18-də Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş T.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb:

"Müəyyən edilib ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 18-də Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş İ.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müəyyən edilmişdir ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}