Hikmət Hacıyev: "Gündəlik yoluxmanın 2 mindən çox olması, ölüm hallarında artım narahatlıq doğurur"
Tarix: 19-11-2020 14:23 | Bölmə: Cəmiyyət
Hikmət Hacıyev: "Gündəlik yoluxmanın 2 mindən çox olması, ölüm hallarında artım narahatlıq doğurur"

“Qonşu ölkələrdə koronavirusa yoluxmada da yüksək artım dinamikası müşahidə olunur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Avropada da yüksək yoluxma müşahidə olunur: “Azərbaycanda gündəlik yoluxmanın artması, 2 mindən çox olması narahatlıq doğurur, ölüm hallarında da artım var. Bu narahatlıqları nəzərə alaraq, xüsusən ölkəmiz Vətən Müharibəsi şəraitində olduğu üçün koronavirusa yoluxma hər birimizi narahat etməyə bilməz. Yaralı əsgərlərimiz var, onların müalicəsi də səhiyyə sistemimiz qarşısında durur. Səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Ona görə də bu kimi zərurətləri, artım templərini nəzərə alaraq, Operativ Qərargah bir sıra qərarlar qəbul edib”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər