Yaqut Qarayeva: "Süni nəfəs aparatında olanların sayı 45-ə çatıb"
Tarix: 19-11-2020 14:37 | Bölmə: Cəmiyyət
Yaqut Qarayeva: "Süni nəfəs aparatında olanların sayı 45-ə çatıb"

“Bu xəstəliklə bağlı testləri başladığımız zaman maksimum edəcəyimiz testlərin sayı 5 min idi. Ancaq ölkəyə gətirilən cihazlar vasitəsilə 13 min test apara bilirik".

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu gün intensiv terapiya bölmələrində müalicə alan xəstələrin sayı 409-dur. Süni nəfəs aparatında olanların sayı isə 45-ə çatıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}