20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə olunub
Tarix: 20-11-2020 15:36 | Bölmə: Cəmiyyət
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə olunub

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti növbəti həftə çapa göndərilir.

Bunu APA-ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, lüğətdən 18 min söz çıxarılıb, 6 min yeni söz əlavə olunub: “Lüğətdə 90 minə yaxın söz var. Lüğət 1000 tirajla çap olunacaq. Lüğətə hərblə bağlı yeni sözlər əlavə olunub. Məsələn, dağatıcı, kvadrokopter, diversiya-kəşfiyyat ən yeni sözlərdir”.

Direktor həmçinin lüğətdən çıxarılan sözlərdən də danışıb: “Lüğətdən çıxarılan sözlər daha çox ərəb-fars mənşəli, yəni ədəbi dildə işlənməyən, ikivariantlı sözlərdir. Məsələn, tələm-tələsik və təlmə-tələsik, altın və altun, yorğun və yornuq. Yəni lüğətdə eyni sözdən iki variantı var idi. Onlardan bir variantını saxlamışıq. Ədəbi dildə işlənməyənlər çıxarılıb”.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:30 Sabah yağış yağacaq