Mingəçevirdə koronavirus xəstələri karantin postunda saxlanılıb
Tarix: 20-11-2020 15:57 | Bölmə: Cəmiyyət
Mingəçevirdə koronavirus xəstələri karantin postunda saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxan şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk etmiş şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus “Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən saxlanılıblar.

Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar.

F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər