Baş infeksionist: “Fəsillərin dəyişməsi ilə koronavirusa yoluxma sayı artır”
Tarix: 21-11-2020 09:45 | Bölmə: Cəmiyyət
Baş infeksionist: “Fəsillərin dəyişməsi ilə koronavirusa yoluxma sayı artır”

Azərbaycanda xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılmasına səbəb koronavirusa gündəlik yoluxma sayının artmasıdır.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yoluxma sayının artması həm təbii səbəblər, həm də insanların münasibəti ilə əlaqəlidir.

Baş infeksionist əlavə edib ki, yoluxma sayındakı artım oktyabrın ortalarından müşahidə edilməyə başlanılıb. Artıq bir aydan çoxdur ki, Azərbaycanda bu mənfi dinamika izlənilir.

T. Eyvazov diqqətə çatdırıb ki, kəskin respirator virus infeksiyalarına mövsümülük xas olsa da, bunu hələlik koronavirus haqqında tam olaraq, demək mümkünsüzdür: "Ancaq hər halda biz bunu görürük ki, fəsillərin dəyişməsi ilə əlaqədar yoluxma sayında artım müşahidə edilir. Əgər hava soyuduqca yoluxma sayında artım müşahidə edilirsə, demək burada bir qanunauyğunluq var".(trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}