Alimlər Oksford peyvəndinin effektivliyinin aşağı olmasını izah edib
Tarix: 23-11-2020 17:36 | Bölmə: Cəmiyyət
Alimlər Oksford peyvəndinin effektivliyinin aşağı olmasını izah edib

Koronavirusa qarşı Oksford peyvəndinin effektivliyinin aşağı olması hesablama metodu ilə əlaqədardır, preparat digərlərini üstələyə bilər.

“RİA Novosti” xəbər verir ki, bu barədə vaksinin işlənib hazırlanması ilə bilavasitə məşğul olan professor Endryu Pollard bildirib.

Bu gün tədqiqatçılar Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinin ilkin nəticələrini açıqlayıblar. ChAdOx1 nCoV-19 kod adlı Oksford peyvəndi adenovirus əsasında hazırlanıb. Onu soyuducuda, 2-8 dərəcə istilikdə saxlamaq olar. Tədqiqatçılar peyvəndin orta effektivliyini 70,4 % kimi qiymətləndirilib. Daha əvvəl “Pfizer” və “Moderna” əczaçılıq şirkətləri peyvəndlərinin müvafiq olaraq 95 % və 94,5 % effektli olduğunu bildiriblər.

E.Pollardın sözlərinə görə, alimləri daha çox xəstələrə əvvəlcə yarım doza, ardından tam doza vurulduğu zaman peyvəndin daha təsirli olması təəccübləndirib. Belə ki, bu vəziyyətdə peyvəndin effektivliyi 90 % olaraq qiymətləndirilib. İki tam doza ilə effektivlik isə 62 % olub.

“Hesab edirik ki, bunun səbəbi aşağı dozada orqanizmin immunitet reaksiyasının daha yaxşı olur. Bunu daha ətraflı araşdıracağıq. Bu gün səhər bu mövzuda işə başladıq”, - E.Pollard deyib.

Preparatı hazırlayanlar artıq dekabr ayında peyvəndi hazır etmək niyyətlərini elan ediblər. Britaniya hökuməti ölkədə kütləvi vaksinasiyanın 2021-ci ilin yazında başlayacağını açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər