Ramin Bayramlı daha bir xəstəxanaya baş həkim təyin edib
Tarix: 24-11-2020 11:45 | Bölmə: Cəmiyyət
Ramin Bayramlı daha bir xəstəxanaya baş həkim təyin edib

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.

TƏBİB-dən Reyting.az-a bildirilib ki, Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib. Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçib, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib.

R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər