Bakıda qışa hazırlıq və koronavirusla mübarizə müzakirə edilib
Tarix: 24-11-2020 12:50 | Bölmə: Cəmiyyət
Bakıda qışa hazırlıq və koronavirusla mübarizə müzakirə edilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu ilin 10 noyabr səhərini azərbaycanlılar yeni, keyfiyyətcə fərqli bir Azərbaycanda, qaliblər ölkəsində açdılar. Bu gün özümüzü daha güclü və inamlı hiss edirik.

E. Əzizov daha sonra deyib: “Bu artıq başqa Azərbaycandır. İndi biz ölkəmizin bu gününə uyğun şəkildə yaşamalı və yeni şanlı ənənələrimizin gələcək nəsillərə ötürülməsini təmin etməliyik. Bu çox vacibdir. Prezident İlham Əliyevin unikal siyasətinin öyrənilməsi və təbliğ edilməsinin gələcək nəsillər üçün çox böyük əhəmiyyəti vardır”.

Videomüşavirə gedişində koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilərək konkret tapşırıqlar verilib.

Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilir ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyini əyani şəkildə nümayiş etdirir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər