20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Qan Bankı: "Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər"
Tarix: 24-11-2020 13:06 | Bölmə: Cəmiyyət
Qan Bankı: "Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər"

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Bu barədə Mərkəzi Qan Bankının məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var.

“Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik”, - deyə məlumatda qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:30 Sabah yağış yağacaq