Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü
Tarix: 24-11-2020 13:49 | Bölmə: Cəmiyyət
Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.

“Novosti Armeniya” xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan feysbuk səhifəsində yazıb.

A.Petrosyan 1990-cı illərin əvvəllərində “İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.

O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.

Sonralar isə fövqəladə hallar nazirinin müavini olub/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər