16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyada koronavirusa qarşı kütləvi peyvəndlənmə başlayır
Tarix: 26-11-2020 14:42 | Bölmə: Cəmiyyət
Rusiyada koronavirusa qarşı kütləvi peyvəndlənmə başlayır

Rusiyada Yeni ilə qədər koronavirusa qarşı kütləvi peyvəndlənmə başlayacaq. Reyting.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi deyib ki, peyvəndlənmə mərhələli və ölkənin coğrafi xüsusiyyətləri nəzərə alınaraq həyata keçiriləcək.

Kremlin sözçüsü peyvəndlənmənin könüllü olacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Baş nazirin müavini Tatyana Qolikova Rusiyada yeni ildən etibarən koronavirusa qarşı kütləvi peyvəndlənmənin planlaşdırıldığını bildirmişdi. Onun sözlərinə görə, 117 mindən çox doza yerli "Sputnik V" peyvəndi artıq dövriyyəyə buraxılıb və ilin sonuna qədər iki milyondan çox dozanın istehsalı planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}