Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək
Tarix: 22-12-2020 20:00 | Bölmə: Cəmiyyət
Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlilliyi müəyyən edilmiş bütün şəxslərin uşaqları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad ediləcək.

Reyting.az
-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsinin təklif olunduğunu bildirib.

Əlilərin reabilitasiya müalicəsi dövlət hesabına təmin ediləcək, onlara əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər veriləcək.

Eyni zamanda əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunacaq. Əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.(APA)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər