19 koronavirus xəstəsinə cinayət işi açılıb
Tarix: 23-12-2020 10:30 | Bölmə: Cəmiyyət
19 koronavirus xəstəsinə cinayət işi açılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə saxlayaraq yaşadıqları evlərə qaytarıblar.

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər