İcra başçısının yolka ilə bağlı qərarı narazılıqla qarşılanıb
Tarix: 23-12-2020 10:49 | Bölmə: Cəmiyyət
İcra başçısının yolka ilə bağlı qərarı narazılıqla qarşılanıb

Ağcabədi rayon icra başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırılması sakinlərin etirazına səbəb olub.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştrakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırılmasına etiraz ediblər.

Sakinlər bildiriblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdırlanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdıranların - "yolkadan şəhidlərin şəkillərini asacağıq",- deməsini şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndiriblər.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}