2626 nəfərə inzibati tənbeh tədbiri tətbiq olunub
Tarix: 23-12-2020 11:13 | Bölmə: Cəmiyyət
2626 nəfərə inzibati tənbeh tədbiri tətbiq olunub

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ilin dekabrın 22-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1360 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2626 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamaları, zərurət olmadan yaşayış yerlərini tərk etməmələri xahiş olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər