Nazir müavini: “Gəlir yerlərini itirmiş 600 min vətəndaşa 120 milyona yaxın vəsait ayrılacaq”
Tarix: 23-12-2020 11:27 | Bölmə: Cəmiyyət
Nazir müavini: “Gəlir yerlərini itirmiş 600 min vətəndaşa 120 milyona yaxın vəsait ayrılacaq”

“Pandemiya ili ağır oldu və ilin əvvəlində hökumət tərəfindən sosial sahəyə dair xüsusi paket qəbul olunub. Bu, ümumilikdə 12 sosial tədbiri özündə ehtiva edirdi”.

Bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu məqsədlə ilkin olaraq 600 milyon manat ayrılmışdı: “Bu, çox geniş miqyaslı paket oldu və ölkənin təqribən 48 faizini əhatə edib. Amma bilirik ki, pandemiya dalğavari cərəyan edir və hazırda yenidən sərtləşdirilmiş karantin rejimindəyik. Yenidən gəlir yerlərini itirmiş 600 min vətəndaşa əlavə olaraq 120 milyona yaxın vəsait ayrılacaq ki, onlara birdəfəlik müavinətlər ödənilsin”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər