Dünyanın hər yüz sakinindən biri koronavirusa yoluxub
Tarix: 23-12-2020 12:02 | Bölmə: Cəmiyyət
Dünyanın hər yüz sakinindən biri koronavirusa yoluxub

Dünyada yeni növ koronavirusa yoluxmuş insanların ümumi sayı 77.95 milyonu keçib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, beləliklə, virusa yoluxanların nisbəti dünya əhalisinin 1 faizindən çoxdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun ilin ortasındakı qiymətləndirməsinə görə, dünya əhalisinin sayı 7.795 milyard nəfər olub.

Yoluxma göstəricisi əhalisi nisbətən az olan ölkələrdə ən yüksəkdir. Məsələn, Andorrada əhalinin 9,9 faizi (7 633 nəfər), Lüksemburqda əhalinin 7,3 faizi (44 809 nəfər) koronavirusa yoluxub.

Monteneqroda əhalinin ən azı 7,2 faizində (44 542 nəfər), ABŞ-da isə əhalinin 5,6 faizində (18,2 milyon nəfərdən çox) koronavirus aşkarlanıb.

Koronavirusun dünyada yayılması daha da sürətlənir.

İnfeksiya yayılmasının ikinci dalğası başlayan sentyabr ayına qədər dünyada hər gün 300 minə qədər yoluxma qeydə alınırdı.

Oktyabrda bu göstərici sutkada 600 minə qədər artdı. Ümumdünya Səhiyyə Təşkilatının dekabrın 20-nə olan məlumatına görə, bir sutkada 800 min nəfər koronavirusa yoluxub.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}