İctimai yerlərdə 25 aktiv koronavirus xəstəsi aşkar edilib
Tarix: 24-12-2020 10:14 | Bölmə: Cəmiyyət
İctimai yerlərdə 25 aktiv koronavirus xəstəsi aşkar edilib

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıblar. Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}