Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb
Tarix: 24-12-2020 11:38 | Bölmə: Cəmiyyət
Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Reyting.az
xəbər verir ki, bəzi dağlıq ərazilərə güclü qar yağıb.

APA-nın məlumatında isə Qusarın Kəsə kəndində 26 sm hündürlükdə qar yağdığı, temperaturun mənfi 10 dərəcəyədək endiyi bildirilir.

Qubanın Qrız kəndinə 17 sm, Xaltana 14 sm, Xınalığa 11 sm, Təngəaltına 7 sm hündürlüyündə qar düşüb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21 sm-ə çatıb.

Quba, Qusar və Xaçmaz şəhərlərinə 1-2 sm qar yağıb.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}